Rusiyalı teleaparıcı Olqa Buzova bir çox rus həmkarları kimi bir müddət ölkəni tərk etmək qərarına gəlib. Onun seçimi Birləşmiş Ərəb Əmirlikləridir. SİA bu barədə “rambler” saytına istinad edir.
Müğənni səfər ərəfəsində istirahətdən şəkillərini pərəstişkarları ilə bölüşüb. Maraqlıdır ki, o rahatlıq tapmaq ümidi ilə getdiyini də vurğulayıb.
“Mənə indi bu lazımdır. Sadəcə olaraq, dəniz havası ilə nəfəs alıb, bir müddət beynimi söndürməyə çalışmaq”. Sənətçi bunları sosial şəbəkədə yazıb.
Qeyd edək ki, onun gedişi ilə bağlı bir çox pərəstişkarları Olqanı dəstəkləməyib, onu ölkədən qaçmaqda ittiham edirlər.
Nazlı Babayeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB