Əsl adı Onika Tanya Maraj olan tobaqolu müğənni Niki Minajın meneceri Angela (Angie) Kukaşasi avtomobilinin yük yerində ölü tapılıb. SİA xarici mətbuata istinadən bildirir ki, bir həftədir itkin düşən məşhur menecer Angela Kukaşasinin cansız cəsədi Kaliforniya ştatının Simi Vadisində, Patrisiya bulvarında park edilmiş avtomobilinin yük yerində tapılıb. Los-Anceles polisi Kukavasinin sevgilisi Ceyson Barkerin qətl ittihamı ilə həbs olunduğunu açıqlayıb. Detektivlər Barkerin sevgilisini Şerman Oaks iqamətgahında öldürdüyünü, cəsədi avtomobildə daşıdığını və Simi Vadisində park etdiyini ehtimal edir.
Nikki Minaj da sosial şəbəkədə keçmiş menecerinin vəfatı ilə bağlı başsağlığı verib. Minaj "Instaqram" paylaşımında "O, tanıya biləcəyim ən çalışqan, ən etibarlı, ən şirin insan idi. Sən buna layiq deyildin, Angela. Uşaqların üçün ürəyim ağrıyır. Rahat yat" yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB