İbrahim Çingizin "Yuxu kimi" ad günü FOTO

"Yuxu kimi" serialının tanınmış və sevilən aktyoru İbrahim Çingiz yaxın zamanlarda ad gününü qeyd edib. SİA-nın verdiyi məlumata görə, aktyor sosial media hesabından öz ad günü şəkillərini paylaşaraq sevdiyi xanıma "Doğum günümü səninlə keçirməkdən daha gözəl nə ola bilər" deyib.

Qeyd edək ki, aktyor artıq uzun müddətdir ki, aktrisa Aydan Axundzadə ilə sevgilidir. Aralarındakı yaş fərqinə baxmayaraq onlar sözün əsl mənasında artıq uzun müddətdir ki, yuxu kimi sevgi yaşayırlar.

Xatırladaq ki, İbrahim Çingiz 6 may 1991-ci ildə Bakıda anadan olub. O, “Çina" ləqəbi ilə tanınan sevilən aktyor Çingiz Əhmədovun oğludur.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...