Ehtiram və İntiqam Hüseynov qardaşları koronavirusa yoluxdu, xəstəxanalıq oldu
Meyxanaçı Ehtiram və İntiqam Hüseynov qardaşları koronavirusa yoluxub. SİA-nın məlumatına görə, bu haqda İntiqam verilişlərin birində deyib: "Xəstəliyə yoluxanda gizlətməməlisən. Ətrafdakılar bilməlidir. Sən də ətrafdan uzaqlaşmalısan, yaymaq olmaz. Deyilənlərə əməl etsən, böyük faciə deyil. Martda sonuncu reyslə Moskvaya uçduq. Heç ağlımıza gəlməyən yerdə virusa yoluxduq. Əvvəl sümük ağrıları hiss etdim. Ehtiram nəfəs ala bilmirdi, yeriyə, uzanıb yata bilmirdi. Bu xəstəliyin ilk müalicəsi üzüstə uzanmaqdır. Rahat nəfəs almaq üçün belə etməlisən. 14 gün xəstəxanada yatdıq. Öskürməkdən qala bilmirdik. Ehtiram reanimasiyaya yerləşdirildi, ciyərləri 82 faiz buzlaşmışdı. Həkimlər sağalmağına zəmanət vermirdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB