Nüsrətin bu görüntüləri azərbaycanlıları qəzəbləndirdi VİDEO
Türkiyəli məşhur qəssab Nüsrət Gökçənin sosial şəbəkələrdə azərbaycanlıları qəzəbləndirəcək görüntüləri yayılıb. SİA-nın məlumatına görə, videoda onun yanına gələn müştərilərdən biri Azərbaycan dilində "Qarabağ kimindir?" sualını ona ünvanlayıb. Lakin həmin müştəri nə qədər "Qarabağ kimindir?" sualını təkrarlasa da, Nüsrət sanki eşitmirmiş kimi özünü aparıb, sualı cavablandırmayıb.
Qeyd edək ki, Nüsrətin bu hərəkəti sosial mediada azərbaycanlıları hiddətləndirib. İzləyicilər onu tənqid və təhqir atəşinə tutublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB