"Qarabağ torpaqları erməniləri qəbul etmədi"

İkinci Qarabağ müharibəsinə könüllü olaraq qatılan müğənni Vüqar Muradov işğaldan azad edilən Şuşa şəhərindən danışıb. SİA-nın məlumatına görə, o, bu haqda verilişlərin birində bəhs edib: "Şuşa balaca şəhər olmsasına baxmayaraq möhtəşəmdir. Şuşa dünyanın ən gözəl şəhəridir. Şuşa dağın üzərində yerləşir. İnşAllah yaxın zamanlarda bütün azərbaycanlılar Şuşanı gedib, görərlər.

Onu da qeyd edimki, Qarabağ torpağına görə mübarizəyə, qan tökməyə dəyərmiş. O, torpaqlar erməniləri qəbul edə bilmədi. Qarabağ öz sahibini gözləyirdi. Mən də çox xoşbəxtəm ki, o torpaqlarda oldum".

Bütün xəbərlər Facebook səhifəmizdə