Reper Fərid (Qurd) “İnstagram” səhifəsində hər kəsin diqqətini cəlb edəcək fotolar yayımlayıb. SİA-nın məlumatına görə, o, ermənilərin Gəncədə törətdikləri hadisələrlə bağlı ingilis dilində şüarlar yazaraq əlində plakatlarla göstərib.
Qurd paylaşımına bu sözləri qeyd edib: “Erməni vəhşilərinin törətdiyi cinayətin, terrorun heç bir açıqlaması ola bilməz. Bizim də vətəndaş olaraq borcumuzdur ki, səsimizi dünyaya çatdıraq. Birlik göstərdiyimiz bu günlərdə ruhdan düşməyək. Haqqımızı tələb edək və bizim olanı alaq.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və ordumuza inanırıq, güvənirik, hər an yanındayıq”.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB