Sosial şəbəkədən 1 günlük imtina edəcəklər

Dünyaca məşhur Hollivud ulduzları sosial şəbəkələrdəki hesablarından bir günlük imtina edəcəklər. SİA-nın məlumatına görə, onlar öz səhifələrini koronavirusla bağlı faydalı informasiyalar paylaşacaq mütəxəssislərə təqdim edəcəklər.

Qeyd edək ki, "Mikrofonu ver" ver adlı kampaniyada Culiya Roberts, Hyu Cekman, Salma Hayek, Milli Bobbi Braun, Conni Briton və başqa ulduzlar iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə