Dünyaca məşhur müğənni Ledi Qaqa “Paper” jurnalının qeyri-adi fotosessiyasında yer alıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ifaçı nəşrin yeni buraxılışı üçün çılpaq və robot obrazında kamera qarşısına keçib.
3D qrafikası ilə hazırlanan fotosessiyanın müəllifi belçikalı rəssam Frederik Geymandır.
Jurnala müsahibə verən 33 yaşlı Qaqa çılpaq halda obyektiv önünə keçməsi ilə bağlı bunları deyib: “Otaqda olan şəxslərə baxmayaraq çılpaq soyunmağa razılaşdım. Hesab edirəm ki, biz incəsənətlə məşğuluq. Bu pornoqrafiya deyil”.
Qeyd edək ki, Ledi Qaqa dünyada sürətlə yayılmağa davam edən koronavirusa görə hazırda karantindədir.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB