Canəli Əkbərovla barışan Məsum: "Böyük-kiçik yeri bilinməlidir"
Xəbər verdiyimiz kimi, Xalq artisti Mənsum İbrahimov həmkarı Canəli Əkbərovla barışıb. SİA-nın məlumatına görə, bir neçə ildir küsülü olan xanəndələr xəstəxanada barışıblar. Belə ki, M.İbrahimov səhhəti pisləşib, xəstəxanaya yerləşdirilən C.Əkbərovu ziyarət edib.
O, bu haqda verilişlərin birində danışıb: "Onlar bizim sənət ağsaqqallarımızdır. Evdə ata ilə oğul arasında da inciklik olur. Muğam sənətinin yazılmamış qanunları var: böyük-kiçik yeri bilinməlidir. Özümə borc bildim ki, Canəli müəllimin ayağına gedim. Bunu özümə şərəf bilirəm. Tezliklə sağalsın, aramızda olsun. 80 illik yubileyi olacaq, biz də ora yığışacağıq".
Qeyd edək ki, sənətçilər arasında qalmaqala bir müddət əvvəl Canəli Əkbərovun Televiziya Muğam Müsabiqəsinə münsif seçilməməsi səbəb olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB