Çempion da oxumağa başladı - FOTO
Son günlər mətbuatda NEXT qrupunun dağılması ilə bağlı məlumatların yayılması bir çox şübhələrə səbəb olub. Qrupun mətbuat xidmətindən verilən xəbərə görə, həqiqətən də NEXT-in 4-cü üzvü Əli səhhətindəki problemlərə görə qrupu tərk etməli olub.

Qrupun yeni üzvünə gəlincə isə, bu kin-bokus üzrə dünya çempionu, ölkəmizi bir neçə mötəbər müsabiqədə təmsil etmiş Nicat Aminzadədir. Qeyd edək ki, Nicat musiqi aləmində Niko ləqəbi ilə tanınmaq niyyətindədir.

Qrupun yeni üzvü SİA-ya açıqlamasında NEXT və onun komandası ilə çalışmaqdan məmnun olduğunu dilə gətirib: "Peşəkar idmanla yanaşı musiqiyə də uşaqlıqdan böyük həvəsim olub. İdmanda qazandığım uğurun daha da artığını musiqi sahəsində əldə etmək niyyətindəyəm. Güman edirəm ki, NEXT qrupu ilə birgə fəaliyyətim zamanı daha böyük uğurlar qazanacağam".

Bütün xəbərlər Facebook səhifəmizdə