Dərmandan zəhərlənərək, ölən uşaq Elçinin qohumu imiş AÇIQLAMA

Dərmandan zəhərlənərək, ölən uşaq Elçinin qohumu imiş AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Cəlilabadda dərmandan zəhərlənərək iki yaşlı Mirkamil Bağırov dünyasını dəyişib. Sözügedən uşaq müğənni Elçin Hüseynovun bibisi nəvəsi imiş.

Bu barədə SİA-ya ifaçının özü açıqlama verərək, məlumatı təsdiqləyib: "Cəlilabadda dünyasını dəyişən körpə bibim nəvəsidir. O, ağcaqanad dərmanından zəhərlənib. Hazırda yas yerindəyəm. Övlad itkisi çox ağır itkidi. Allah heç bir valideynə bu itkini yaşatmasın”.

Qeyd edək ki, Cəlilabadda dünyasını dəyişən 2016-cı il təvəllüdlü Mirkamil Samir oğlu Bağırov gecə saatlarında valideynləri tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. M. Bağırova həkimlər tərəfindən tibbi yardım göstərilməsinə baxmayaraq o, dünyasını dəyişib.

İlkin məlumata görə, M.Bağırovun dərmandan zəhərlənərək dünyasını dəyişdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə