Xalq artisti Aygün Kazımova ilk dəfə illərdir küsülü olduğu Natavan Həbibidən danışıb. SİA-nın məlumatına görə, müğənni verilişlərin birində ilginc açıqlamalar verib: "“Dalaşqan bir qız var. Dalaşdı, məhkəmələr gəzdi. Yer kürəsi, Yupiter, Mars məhkəməsinə getdi və axırda yoruldu. Bir müğənni kimi çox yaxşıdır. Çətin mahnılar səsləndirir. Orada gözəl səsindən istifadə edir. Get-gedə irəliləməyə layiqdir. Natəvanı neçə ildir görmürəm, heç üz-üzə gəlməmişik. İnşallah, üz-üzə gələrik və yaxşı olar. Təbrik edə bilmədim, keçmiş olsun”.
A.Kazımova Natəvanın onun haqqında dediyi “Konsertindən bir kadr gördüm, ağladı. Çox kədərləndim” sözlərə də münasibət bildirib: “Natəvan, məni 30 il sonra gördün? Bu sözlər mənə xoş oldu. Sənətçidən yaxşı sənətçini kim anlaya bilər?”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB