Məşhurlar Ümummilli Lider Heydər Əliyevi belə andılar FOTOLAR
Bu gün Ümummilli Lider Heydər Əliyevin vəfatının 13-cü ildönümüdür. SİA-nın məlumatına görə, sənət aləminin tanınmış simaları Ulu Öndərlə bağlı paylaşımlar edərək, onun xatirəsini yad ediblər.
Xalq artisti Nazpəri Dostəliyeva: "Ümumilli liderimiz Heydər Əliyevin ölümündən 13 il keçir. Dahilər heç zaman ölmür, adı daima anılacaq".

Xalq artisti Alim Qasımov: "Ümummilli Lider, dahi şəxsiyyət, böyük siyasətçi Heydər Əliyevin anım günüdür. Allah rəhmət eləsin".

Xalq artisti Faiq Ağayev: "Ruhun şad olsun dahi".

Xalq artisti Nisə Qasımova: "Allah rəhmət eləsin!"

Xalq artisti Firəngiz Mütəllimova: "Ən yaxşı və ən çətin anlarımızda yanımızda olan və qayğılarını heç vaxt əsirgəməyən möhtəşəm və müdrik babamız. Yerin cənnət olsun, İnşallah".

Əməkdar artist Murad Dadaşov: "Azərbaycan tarixinin danılmaz lideri, şəxsiyyətini xalqı ilə bütünləşdirən, "Böyük" ünvanını əməllərinin mahiyyəti ilə təsdiqləyən dahi rəhbər - Heydər Əlirza oğlu Əliyevin ölümündən 13 il keçir. Bu tarixi sayqı ilə anırıq".
.jpg)
Əməkdar artist Aybəniz Haşımova: "Ölməz tarix. 12 dekabr dahi Heydər Əliyevin bizi tərk etdiyi gündür. Biz onu çox axtaracağıq".

Əməkdar artist Elza Seyidcahan: "Heydər Əliyev heç vaxt unudulmayacaq".

Müğənni Rəqsanə İsmayılova: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam! Azərbaycanın qurucusu, nur içində yatın".

Müğənni Elvin Abdullayev: "Ümummilli liderimiz Heydər Əliyevin anım günüdür. Allahdan ona rəhmət diləyirəm, ruhu şad olsun. O Azərbaycanın ən böyük qurucularındandır. Ona görə də onu yad etmək hər birimizin borcudur. Unudulmaz şəxsiyyət".
Müğənni Natavan Həbibi: "12 dekabr - xalqın əbədi sevgisini qazanmış ümummilli lider Heydər Əliyevin anım günüdür. Heydər Əliyev respublikada ictimai-siyasi sabitliyi təmin edib, vətəndaş qarşıdurmasını aradan qaldırıb, ölkənin parçalanmasının qarşısını almaqla milli qurtuluşu təmin edib. O, xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi, xalq məhəbbətini qazanan öndər kimi qalıb və qalacaq da...".

Müğənni Zamiq Hüseynov: "Ulu öndərə Allah rəhmət eləsin".

Müğənni Günay İbrahimli: "Allah ulu öndərimizə rəhmət eləsin".

Müğənni Xatirə İslam: "Allah rəhmət eləsin. Allah yerini cənnət eləsin".

Meyxanaçı Namiq Qaraçuxurlu: "Allah rəhmət eləsin!"

Aparıcı Zaur Baxşəliyev: "Allah rəhmət eləsin!"

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB