Burak Özçivit və Fahriye Evcen nə vaxt evlənəcəklərini açıqladılar

Burak Özçivit və Fahriye Evcen nə vaxt evlənəcəklərini açıqladılar

Aktyor Burak Özçivit və aktrisa Fahriye Evcenin toy tarixi bəlli olub. Türkiyə mətbuatınən yazdığına görə, iki ildir görüşən cütlük gələn ilin iyul ayında nikah masasına əyləşəcəklər. Toy hazırlıqlarına başlayan sənətçilər Burakın çəkildiyi serialın mövsümə çıxmasını gözləyirlər.
Həmin vaxta qədər isə Burakın valideynləri Fahriyyenin valideynlərinin yaşadığı Almaniyaya qız istəməyə gedəcəklər. Cütlük üzük mərasimini də orada yerinə yetirəcək. Sevgililər bal ayını Şərq ölkələrində keçirməyi planlaşdırırlar.

Xatırladaq ki, Burak və Fahriyye arasında eşq münasibətləri "Çalıquşu" serialından sonra başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə