Müğənni: "Bu həyat sınaqdır"

Müğənni Ayaz Qasımov bəzi insanlara məsləhət verib. SİA-nın verdiyi xəbərə görə, ifaçı bunları deyib: "Həyat çox qəribədir. Biriləri əylənib, həyatın zövqünü çıxararkən, digərləri də yaşam mücadiləsi verir. Bəs biz nəyin mücadiləsini edirik? Onsuz da bu həyatda qonağıq. Gəldiyimiz kimi geri də dönəcəyik. İstər Şah, nökər, varlıq və ya kasıb olsun, fərq etməz, sonda hər birimizin gedəcəyi yer eynidir. Bu həyat sınaqdır. Bəzən bunları düşünməliyik ki, qəlbimiz təmiz, gözünüz tox, imanımız güclü olsun. Həyatımızı bacara bildiyimiz qədər gözəl yaşayaq. Bacarmasaq da buna görə heyfslənməyək. Çünki uca Rəbbim səbr edənləri heç şübhəsiz ki mükafatlandıracaq. Allah hər birimizə xeyrli ömür nəsib etsin".

Bütün xəbərlər Facebook səhifəmizdə