Bu gün türkiyəli müğənni Doğuşun ad günüdür. SİA-nın verdiyi xəbərə görə, ifaçının aparıcı həyat yoldaşı Xoşqədəm Hidayətqızı onu sosial şəbəkədə təbrik edib: "Sən dünyanın ən xoşniyyətli, mərhəmətli insanısan. Bəzən ətrafdakılar sənin göstərdiyin hörmətini, mərhəmətini, xoş niyyətini başa düşmürlər. Daha doğrusu sənin bu halından istifadə edirlər. Ancaq sən bütün olanları bildiyin halda bu xüsusiyyətindən əl çəkməzsən. Məhz bu halın üçün səni daha çox sevirəm. Çünki mən sənin kimi qarşımdakının pis niyyətli olduğunu görüb, onu bağışlamağı bacarmıram. Sənin kimi "Pis insanlara, yaxşı olmağı davranışımızla öyrətməliyik" deyə bilmərəm. Amma səni alqışlayıram. Sən yaxşı bir dost, oğul, sirdaş, həyat yoldaşı və ən nəhayət atasan. Nə yaxşı ki, dünyaya gəlmisən, səni tanımışam, ömür-gün yoldaşımsan. Ad günün mübark... Bilirəm, vətənində və qardaş Türkiyəmizdə baş verən o dəhşətli hadisəyə görə, bu günü xatırlatmamı istəməzdin. Amma özümlə bacarmadım, yazdım. Evimizdən, başımızın üstündən əskik olma. Allahım sənə ailənlə bilikdə uzun illər nəsib etsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB