40 yaşını təmtəraqlı şəkildə qeyd edən stilist Samiraldo ad günü təəssüratlarından söz açıb. SİA-ya açıqlama verən Samiraldo doğum günündə bir çox insanlar tərəfindən təbrik və hədiyyələr aldığını bildirib: " 40 yaşımı dostlarım böyük təmtəraqlı keçirdi. 4-5 məclisə dəvət almışdım. Mənə bahalı hədiyyələr bağışladılar. Bunlardan başqa məni ən çox müğənni Mətanət Əsədovanın hərəkəti heyrətləndirdi. Belə ki, xanım Əsədova ad günümdə məni heyrətə gətirdi. 10 dəqiqəyə mən olduğum məkana gələrək doğum günümü təbrik etdi və bahalı köynək bağışladı. Eyni zamanda heç bir klubda oxumayan Mətanət xanım mənim xahişimlə şərəfimə mahnı da səsləndirdi. Mənə göstərdiyi diqqətə görə Mətanət Əsədovaya təşəkkür edirəm".
.png)
Stilist ad günündə xoşagəlməyən məqamla rastlaşdığını da söylədi: "Saytların birinə ad günümdən öncə müsahibə vermişdim. Həmin müsahibə doğum günümdə dərc olundu. Müsahibə zamanı jurnalist "Kişilərlə cinsi əlaqədə olanda qorxmursan?" sualını verdi. Mən də cavabında söylədim ki, kişilərlə cinsi əlaqədə olmuram. Mənim öz dünyam var. Mən özüm üçün yaşayıram" söylədim. O, mənim bu sözlərimi tam əksinə yazdı. Bu müsahibəni oxuyanda şoka düşdüm. Həmin müsahibə ad günümdə əhval-ruhiyyəmi sıfıra endirdi, kefimi pozdu. Özəl günümdə qanımı qaraldan insanları Allaha həvalə etdim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB