Rusiyalı müğənni: "Səmra, sənə azərkeşlik edirəm" FOTO

Rusiyalı müğənni: "Səmra, sənə azərkeşlik edirəm" FOTO

"Viaqra" qrupunun solistlərindən olan Anastasiya Kojevnikova İnstagram hesabında "Eurovision 2016"da ölkəmizi təmsil edən Səmra Rəhimli haqqında paylaşım edib. SİA-nın verdiyi xəbərə görə, rusiyalı müğənni bunları qeyd edib:"Sakitcə oturub "Eurovision"a baxırdım. Birdən Səmra qarşıma çıxdı. 4 il əvvəl onunla "X-Factor"da iştirak etmişdik. Birlikdə üçlük formasında mahnı səsləndirmişdik. Amma keçə bilmədik. Bilmirdim ki, o, öz ölkəsini bu il "Eurovision"da təmsil edir. Səmra, sən ağıllısan. Gözəl, sənə azərkeşlik edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə