Çingiz Əhmədov: "Oğlum Fəxrəddin Manafovla eyni tamaşada rol alıb"
Əməkdar artist Çingiz Əhmədov övladları barədə danışıb. SİA-nın verdiyi xəbərə görə, aktyor onun yolunu oğlunun davam etdirdiyini söyləyib: "Ailə qurmaq istəyəndə həyat yoldaşımın ailəsi mənə vermirdi. Söyləyirdi ki, həyat yoldaşım hüquqşünasdı, mən isə aktyor. Sənətimiz düz gəlmir. Sonradan xanımımın ailəsini yola gətirdim və biz ailə qurduq. Onu da deyim ki, çox sevinirəm ki, Mehriban xanımla evlənmişəm. Çünki uşaqlarıma yaxşı tərbiyyə verib. Övladlarım orta məktəbdə oxuyanda bilmirdilər ki, onların atası mənəm. Yalnız oğlumla qızımın son zənginə gələndən sonra hər kəsə bəyan oldu ki, onlar mənim övladlarımdır. Hazırda oğlum mənim yolumu davam etdirir. Belə ki, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında çalışır. Xalq artisti Fəxrəddin Manafovla "Kazanova: sevgi dərsləri" adlı tamaşada rol alıb. Tezliklə tamaşanın premyerası keçiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB