Xatirə İslam: "Axı niyə biz olanları gizlədirik?"

Xatirə İslam: "Axı niyə biz olanları gizlədirik?"

Müğənni Xatirə İslam "Eurovision" təmsilçimiz Səmra Rəhimli ilə bağlı fikirlərini bölüşüb. SİA-nın verdiyi xəbərə görə, ifaçı Səmraya bağlı bəzi məqamlardn gileylənib: "Gərək Səmra ifasının əvvəlində olan dəniz kənarında və bəzi yerlərdəki görüntülərdə tar- kamanı, milli geyimi və təndir çörəyimizi göstərərdi. Orada samovar çayımızın, xalça-palazımızın və başqa milli adətlərimizin olacağı çarx çəkdirərdi. Çox heyif... Bu işlə məşğul olmaq vacib idi. Mən şəxsən ermənilərin ifadan əvvəlki çarxında yuxa yaymaqlarını görüb, çox əsəbiləşdim. Axı niyə biz olanlarımızı gizlədirik? Kimdir buna mane olan? Bəlkə içimizdə kimlərsə var, yavaş-yavaş bizi içəridən yeyir?".

Bütün xəbərlər Facebook səhifəmizdə