Əməkdar artist Elnarə Abdullayevanın Heydər Əliyev Sarayında keçirilən konsertinin üçüncü günü baş tutub. SİA-nın verdiyi xəbərə görə, xanəndə konsert zamanı qonaqları salamladıqdan sonra ard-arda muğam və təsniflər ifa edib.
Qonaqlarla tez-tez söhbət edən ifaçı konsertin 3 gün davam etməsinin səbəbini açıqlayıb: "Bu gün burada özəl qonaqlarımız var, onların xüsusi diqqətə ehtiyacı var. Bu gün buraya məhdudiyyətli insanları, qocalar evinin sakinlərini, qaziləri və şəhid ailələrini toplamışıq. Canımız dövlətimizə, millətimizə fəda olsun. İnsanlarımıza göstərdiyi qayğıya görə dövlətimizin rəhbərinə minnətdaram".
Abdullayevanın sözlərindən sonra görmə məhdudiyyətli bəy ətrafdakıların köməkliyi ilə səhnəyə çıxaraq ona gül dəstəsi verib. Çiçəkləri alan müğənni göz yaşlarını saxlaya bilməyib.
Xanəndə gecəyə Səxavət Məmmədovun "Çiçək", Zeynəb Xanlarovanın "Aman" mahnılarını ilə yekun vurub.
Qeyd edək ki, əmkdar artist Elnarə Abdullayevanı dinləmək üçün xalq artistlərindən Mələkxanım Eyubova, Ağacəbrayıl Abasəliyev, Gülyanaq və Gülyaz Məmmədova bacıları, əməkdar artist Mətanət İsgəndərli, müğənnilərdən Vasif Məhərrəmli, Elton Hüseynəliyev və başqaları iştirak edib. Onlar səbəbkarın ünvanına xoş sözlər deyib, Elnarə xanımın səsinə valeh olduqlarını dilə gətiriblər.





.jpg)






.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB