Müğənni iki qayda pozuntusu etdi FOTOLAR

Müğənni iki qayda pozuntusu etdi FOTOLAR

Məşhur müğənni Sibel Can Etiler tıxacında avtomobilini idarə edərkən kameralara yaxalanıb. SİA-nın hurriyet.com saytına istinadən verdiyi xəbərə görə, müğənni sükan arxasında ikən eyni anda iki qayda pozuntusuna yol verib. Belə ki, o, həm təhlükəsizlik kəmərini taxmağı unudub, həm də telefonla danışıb.

Qeyd edək ki, Sibel Can etdiyi qayda pozuntusuna əhəmiyyət verməyərək ona xəbərdarlıq edən müxbirə də sərt şəkildə "telefonla danışıram" cavabını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə