İlhamə Quliyeva ilə küsülü olan ictimai xadim danışdı FOTOLAR
İctimai xadim Hacı Quliyev dünyasını dəyişmiş İlhamə Quliyeva ilə soyuq münasibətdə olduğuna aydınlıq gətirib. SİA-nın verdiyi xəbərə görə, o, xalq artistinin qısqanclığından əziyyət çəkdiyini vurğulayıb: "İlhamə xanım çox sevdiyi dostlarına qarşı hədsiz dərəcədə qısqansclıq hissi ilə yanaşırdı. Bu səbəbdən də onunla xeyli müddət əvvəl çox ciddi münaqişəmiz olub. Əvvəl bütün bu proseslərə anlayışla yanaşmağa çalışırdım. Lakin zaman keçdikcə, İlhamə xanımın bir dost kimi məhz mənə qarşı olan qısqanclıq hissi həddini aşmışdı və artıq ciddi fəsadlara səbəb olurdu. Buna görə də o vaxtlar mətbuatda dostluq münasibətimizin sona çatması barəsində açıqlama vermək məcburiyyətində qalmışdım. Olanları nəzərə alaraq onu etiraf edirəm ki, İlhamə xanım məni geriyə qaytarmağa çalışırdı. Amma mən onun hər bir cəhdini cavabsız qoydum. Təəssüf edirəm ki, bu münasibətlər belə bitdi".
H.Quliyev İlhamə Quliyeva ilə xoş xatirələrini də bölüşüb: "İlhamə xanım haqq dünyasına qovuşub. Qısqanclıq hislərini kənar qoysaq, o, əvəzolunmaz bir dost, gözəl yol yoldaşı idi. Müxtəlif səfərlərdə bərabər xoş təəssüratlarımız olub. Hətta evində belə tez-tez gözəl məclislər qurardı. Öz əlləriylə hazırladığı ləziz təamlara bizi qonaq edərdi. Ölüm xəbərini eşində kimi dərhal evinə getdim. Onsuz həmin evi təsəvvür etmək mümkün deyildi. Hər zaman İlhamə Quliyevanın yüksək enerjisiylə üzümüzə açılan qapılarını, bu dəfə onun oğlu Orxanın qəhər içində, səmimi hislərlə qarşılamasıyla əvəz olundu. Orxanın çarəsizcəsinə hər kəsdən mənəvi dəstək axtarmağı insanı kövrəltməyə bilməzdi".
"Vida mərasimində iştirak etməsəydim, bunu həyatımın sonunadək özümə bağışlaya bilməzdim" deyən H.Quliyev söyləyib ki, münaqişələrinin ən qızğın dövründə belə İlhamə Quliyeva sənətinə laqeyd qala bilməyib:"Demək olar ki, gün ərzində onun musiqilərini dinləyirəm. İnsan İlhamə xanımın hər musiqisini bir ömür kimi yaşayırdı. O, çox xoşbəxt sənətçilərdən biridir ki, ilhaməsevərlər onu son mənzilə alqışlarla yola saldılar. Azərbaycan mədəniyyəti üçün çox ağır itkilərdən oldu. Hələ də onun yoxluğunu qəbul edə bilmirəm. Allah rəhmət eləsin! Allah səbir versin!"
İctimai xadim onu da qeyd edib ki, İlhamə Quliyevanın dəfn olunduğu gün mədəniyyət və incəsənət nümayəndələrini bir araya toplayaraq, anım gecəsini təşkil edib.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB