Müğənni-bəstəkar Ceyhun Əliyevin geyimi sosial şəbəkələrdə tənqid hədəfi olub. SİA-nın verdiyi xəbərə görə, maraqlı tərzdə geyim paylaşan Ceyhun, məsləhət almaq istəyərkən, böyük kütlə onu zövqsüzlükdə qınayıb. Ceyhunun qarşı tərəfə cavabı daha sərt olub: " "İnstagram" dostlarıma hörmət edirəm. Amma mənə belə geyinmək xoşdur. Əgər mən sizdən məsləhət almaq istəyirəmsə, deməli sizə dəyər verirəm. Siz də qarşılığında bunu təhqirlə mənə qaytarmayın! Geyimimə görə heç vaxt utanmamışam. Biyabırçılıq odur ki, sosial şəbəkələrdə oturan gənc xanım və bəylər öz fikirlərini mədəni çatdıra bilmirlər. Rahat şəkildə insanı təhqir edirlər. Əgər məni bəyənmirsinizsə, diqqətiniz məndə olmasın. Bəylər, xanım adı ilə heç zaman kiməsə təhqir yazmayın. Məncə, mentalitetimizi belə məqamlarda qorumaq daha məqsədə uyğundur. Əgər tənqid etmək istəyirsinizsə, məntiqli söz deyin ki, qarşınızdakı nəticə çıxarsın".
Ceyhunun tənqid olunan fotosunu təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB