Aktyor Çağatay Ulusoya təklif gəlib. SİA-nın vatan.com saytına istinadən verdiyi xəbərə görə, bir il seriala çəkilməmək qərarı verən aktyor yeni mövsümdə ekranlarda olacaq. Yanvarın 7-də Azərbaycanda "Delibal" filminin qala gecəsindən sonra Türkiyəyə dönən Ç.Ulusoya adı mediaya açıqlanmayan şirkət tərəfindən rekord məbləğdə təklif edilib. O, çəkiləcəyi yeni serialda hər seriya üçün 110 min lirə (təxminən 55 min manat) qazanacaq və üstəlik 40 seriyanın ödənişi əvvəlcədən ediləcək. Lakin Çağatay təklifi geri çevirərək, "Ay Yapım"la işləməyə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB