Pərvin Abıyeva üçün özəl gün "Ailə qurmağın vaxtıdır" (FOTOLAR)
Bu gün səhməmizin cazibədar aktrisası Pərvin Abıyevanın doğum günüdür. SİA-nın məlumatına görə, aktrisa 25 yaşını qeyd edir. Amma uşaqlıqda doğum günü tarixində sevincli olan Pərvin, artıq bu hissləri yaşaya bilmir. Səbəbi barədə özü danışıb: "Budur artıq 25 yaşım oldu... Bugünkü tarix həyatımın ən özəl və ən gözəl günüdür. Heç bir günü doğum günüm qədər çox sevmirəm. Amma illər keçdikcə, bu tarixi sevməməyə başlayıram. Hər il bu gün körpə uşaq kimi sevinmişəm. Çünki təbrikləri, hədiyyələri çox sevirəm. Uşaq kimi hamıdan təbrik və hədiyyə istəyirəm. Amma 20-dən sonra artıq bu günün gəlməyini istəmirəm. Artıq anlayıram ki, insan üçün həyatında ən önəmli olan ailə qurmağın vaxtıdır. Mənim əziz sevənlərim, çox sag olun, təbrikləriniz üçün. Hə yaxşı ki varsız, məni sevirsiz, çünki mən də sizi sevirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə












USD
EUR
GBP
RUB