Günay İbrahimli yeni imici ilə hamını təəccübləndirəcək. Yeni klip çəkilişinə hazırlaşan sənətçi imicini çəkiliş zamanı dəyişdirməyə qərar verib. SİA-nın məlumatına görə, bu barədə o, "Həyat tərzi" verlişində danışıb: "Əslində bu dəyişikliyi klipdən kənar düşünürdüm. Saçlarımı dibindən kəsdirib, rəngini də açmaq istəyirdim. Amma risk edə bilmədim. Dəyişiklik olacaq, amma klipdə. Yeni mahnım var. Onu klipi ilə birlikdə təqdim edəcəm. Həmin klipdə məni fərqli imicdə görəcəksiniz. Bu dəfə risk edəcəm. Necə görünəcəyim sirr qalsın".

Bütün xəbərlər Facebook səhifəmizdə