Aktrisa içki içdi həbs olundu
Gənc aktrisa Yıldız Asyalıya həbs cəzası verilib. SİA-nın verdiyi xəbərə görə, buna səbəb Yıldızın ötən ilin noyabrında 1,20 promil sərxoş vəziyyətdə avtomobil idarə etməsi olub. Aktrisa ifadəsində rəfiqələri ilə partidən qayıtdığını, içki içsə də özündə olduğunu, maşınını əslində idarə etmək üçün rəfiqəsinə vermək istədiyini deyib. İstanbul Cümhuriyyət Məhkəməsi isə "Alkoqol və narkotik maddənin təsiri altında avtomobil idarə etmə" maddəsi üzrə Y.Asyalıya 40 gün həbs cəzası verib. Aktrisanın adının əvvəllər heç bir cinayətdə hallanmaması onun vəziyyətini yüngülləşdirib və cəzası 33 günə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə