Yerli müğənnilərimiz məşhurlarla Moskvada FOTOLAR

Yerli müğənnilərimiz məşhurlarla Moskvada FOTOLAR

Müğənni Xəyyam Nisanov dünyaca məşhur ifaçılarla bir araya gəlib. SİA-nın verdiyi xəbərə görə, o Moskvada eyni toy məclisində Araş və rusiyalı həmkarı Nikolay Baskovla iştirak edib. Xəyyam adıçəkilən tanınmışlarla fotolar çəkdirərək sosial şəbəkədə paylaşıb və bu sözləri qeyd edib: "Nikolay Baskovla hər zaman əhvalım yüksək olur. Əsl bayram adamıdır. Onunla məclis aparmaq çox maraqlıdır".

Qeyd edək ki, sözügedən toy məclisində xalq artisti Aygün Kazımova, meyxanaçı Namiq Qaraçuxurlu və Aşıq Samirə də yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə