Xeyli müddətdir yoxa çıxan xalq artisti Mübariz Tağıyev bunun səbəbini açıqlayıb. SİA-ya açıqlama verən xalq artisti bir çox verilişlərə getmədiyini deyib: "Bəzi verilişlər var ki, dəvət edəndə getmirəm. Çünki bəzi layihələrimiz nəyinsə naminə həyata keçirilir. Şou xarakterli verilişlər məndə qıcıq yaradır. Düşünürəm ki, efir məkanı bu tipli verilişlər davam etsə, gələcəkdə pis nəticələr verə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB