“Şirin”: “Mikrafon üstündə müğənnilər bir-birini qırır” MÜSAHİBƏ-FOTOLAR

“Şirin”: “Mikrafon üstündə müğənnilər bir-birini qırır” MÜSAHİBƏ-FOTOLAR

Aktyor Nicat Rəhimovun müsahibəsini SİA-ya oxucularına təqdim edirik:

- Qarşıda sevənlərinizi hansı dəyişikliklər gözləyir?

- Bildiyiniz kimi "Bozbash Pictures" serialında rol almışam və eyni zamanda "Şirin çay" adlı verilişin aparıcısıyam. Yaradıcılığımla bağlı heç bir yenilik gözlənilmir. Ancaq 2015-ci ildə şəxsi həyatımda dəyişiklik olacaq. Belə ki, ailə qurmağı planlaşdırıram. Hətta anam da istəyir ki, evlənim. Çünki nəvə görmək istəyir.

- "Bozbash Pictures" serialının subay olan aktyorları da ailə qurmağı fikirləşirlərmi?

- Hər il istəyirlər evlənsinlər. Lakin özlərinə uyğun xanım tapa bilmədikləri üçün arzularını həyata keçirə bilmirlər.

- Xeyli arıqlamağınıza səbəb nədir?

- Mən qış mövsümündə artıq çəkidən xilas oluram. Lakin yay da kökəlirəm. Yaxınlarım həm də söyləyirlər ki, efirdə çox kök görünürsən. Məndə qərara gəldim ki, arıqlayım. Bir müddət öncə 81 kiloqram idim. Hazırda isə 76 kiloyam.

- Aparıcılıq yoxsa aktyorluq?

- Mən aparıcı deyiləm. Verilişim zaman da aktyorluq edirəm. Mənim üçün aktyorluq peşəsi çox önəmlidir.

- Hansısa məşhur sima varmı ki, verilişinizdə iştirak etmək istəyib, lakin siz razılaşmamısınız?

- Bəli var. Həmin tanınmış şəxs klarnet ifaçısı Hüseyn Məhəmmədoğludur. 5 dəfə mənə müraciət edib ki, verilişimə çağırım. Ancaq dəvət etmirəm(gülür). Onu da deyim ki, layihə zamanı kadr arxası maraqlı hadisələr baş verir. Mikrafon üstündə müğənnilər bir-birini qırır. Ancaq həmin kəslərin adlarını açıqlamayacam.

- "Bozbash Pictures" serialında dəyişiklik olacaq?

- Hər zamankı kimi 5 qızıl onluq qalacaq. Əlavə isə İlkin Misgərli və Səbuhi Xanlaroğlu serialda yer alacaq. Serial hələ ki, Bakıda çəkilir. Ancaq tezliklə rayonlara və əcnəbi ölkələrə üz tutacağıq.

- "Bozbash Pictures" serialında kadr arxası davalar olur?

- Xeyir. Biz heç vaxt dalaşmırıq. Sözün əsl mənasında mehribanıq. 10 ilin dostlarıyıq. Amma bəzən bir-birimizə əsəbləşirik. Düşünürəm ki, bu da normaldır.

- "Bozbash Pictures" filmini nə vaxt izləyə biləcəyik?

- 2 aydan sonra ekranlarda olacaq və kifayət qədər də baxılacağına əminəm. Çünki bu film üçün çox əziyyət çəkmişik.

http://sestv.az/az/show/446612

Bütün xəbərlər Facebook səhifəmizdə