Teleaparıcı Aytən Səfərova canlı efirdə xalq artisti Aygün Kazımovadan üzr istəyib. SİA-nın verdiyi xəbərə görə, o, ötən gün verilişində dediyi "Aygün Kazımova Türkiyədəki evində fahişəxana açıb" xəbərinə aydınlıq gətirib:
"Türkiyə mətbuatında Ramazzonun Aygün Kazımova ilə şəkli qoyulmuşdu və xəbər yazılmışdı. Azərbaycanda və sosial şəbəkələrdə bu məsələni Aygün Kazımova ilə bağlayıblar. Biz də yanlışlığa yol vermişik. Bu məsələyə görə Aygün Kazımovadan üzr istəyirəm. Bəzi Türkiyəyə gedib-gələn, əli ətəyindən uzun müğənnilərdən fərqli olaraq, Aygün xanım orada tanınır. Oranın yerli şou-biznesində olanlarla münasibəti var, əməkdaşlıq edir. Demək istəyirəm ki, müğənnimizin məsələ ilə heç bir əlaqəsi yoxdur. Burada söhbət yalnız onun yanındakı stilistdən gedirmiş. Ancaq qəzetdə Aygün Kazımovanın şəklindən istifadə ediblər".
Qeyd edək ki, ötən gün Aytən Səfərova verilişində xalq artisti Aygün Kazımovanın Türkiyədəki evində stilist Anar Malikin model adı ilə gətirdiyi qızları 1000 dollar müqabilində zənginlərə təklif etdiyini iddia edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB