Bu gün "Bozbash pictures" serialından hər kəsin "Şöşü" kimi tanıdığı aktyor Ramil Babayevin doğum günüdür. SİA-nın verdiyi xəbərə görə, onu bu münasibətlə ilk olaraq yaxın dostu teleaparıcı İlkin Həsəni təbrik edib: "10 il əvvəl səninlə "ATV Maqazin" verilişinin sonunda qara fonda "tu bi cantuniud" qışqırardıq. Bu gün isə əl-ələ verib, Azərbaycanın ilk 4K formatlı tammetrajlı kinokomediyasını çəkirik. Bu illər ərzində necə ki, yanımda olmusan, bundan sonra elə ol. Çünki dəyərli və əzizsən. Səhnədə xalaoğlu, həyatda isə böyük qardaşımsan. Yaxşı ki varsan. Doğum günün mübarək!"






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB