Çingiz Kurtoğlu çoxdandır gözlənilən albomunu təqdim etdi

Çingiz Kurtoğlu çoxdandır gözlənilən albomunu təqdim etdi

Türkiyənin məşhur müğənnisi Çingiz Kurtoğlu "Saklı düşler" adlı yeni albomunu təqdim edib. İfaçı tanınmış cütlük bəstəkar Hakan Erol və şairə Leyli İsrafilovanın müəllifi olduğu "Kor olsun" adlı bəstəni oğlu Orçunla duet formasında ifa edib. Bu haqda SİA-ya şairə Leyli İsrafilova məlumat verib: "Bizim də mahnımızın daxil olduğu yeni albom bu gün Bakı vaxtı ilə saat 5-də çıxıb. Çingiz bəy özü xüsusilə nəzarətində saxlayıb. Çünki piratçılığa qarşı məhkəmə qərarı var və ona görə sadəcə albomun satışından sonra bütün bəstələri dinləmək olacaq. Bu da təxminən 2-3 həftə sonra mümkün olacaq. Həmçinin adıçəkilən bəstəyə klip də çəkiləcək. Onu da xüsusilə diqqətinizə çatdırım ki, Çingiz bəy mənim istəyimi də nəzərə alaraq "Kor olsun" adlı mahnı, albomda 7-ci sırada yer alıb".

Qeyd edək ki, "Saklı düşler" albomunda yer alan "Kor olsun" adlı mahnının sözləri şairə Leyli İsrafilovaya, musiqisi Hakan Erola məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə