Rəqsanə İsmayılova media mənsublarını başına yığdı

Rəqsanə İsmayılova media mənsublarını başına yığdı

Bu gün müğənni Rəqsanə İsmayılova mətbuat konfransı keçirib. SİA-nın verdiyi xəbərə görə, sənətçi media mənsublarına yeni "Alma benden gözlərimi" klipini təqdim edib.

Rəqsanə klipi Türkiyədə lentə aldırdığını deyib: "Qardaş ölkədə 3 yeni ekran işi ərsəyə gətirdim. Bu "Alma benden gözlərimi" klipimi ixtiyarınıza verəcəm. Ekran işini türkiyəli rejissor Teoman Topçu lentə alıb. Klipdə məni südlü suyun içərisində çəkiblər. Xüsusi ilə deyim ki, Türkiyə şou-biznesində azəri sənətçilərini sevmirlər. Orada klip çəkdirmək istəyən həmkarlarımdan da küllü miqdarda pul alırlar".

Rəqsanə iyun ayının 30-da "Sevgililər günü" ilə əlaqədar olaraq konsert verəcəyini də diqqətə çatdırıb: "İyun ayının 30-da xeyriyə konserti verəcəm. Bilet satışı olmayacaq. Hər kəsə qapı açıqdır. Gecənin aparıcıları Günay Firudinqızı və Afaq Gəncəli olacaq. Konsert zamanı mən və aparıcıların paltarlarını qızım Aysun tikəcək. Konsertimdə bir çox surprizlər olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə