Bu il şou-biznes nümayəndələri harada istirahət edəcəklər? SORĞU-FOTOLAR

Bu il şou-biznes nümayəndələri harada istirahət edəcəklər? SORĞU-FOTOLAR

Yay mövsümü gəldiyi üçün hər kəs maraqlı məkanlarda istirahət etməyi planlaşdırır. Artıq şou-biznes nümayəndələrindən dincələn və istirahət etməyi düşünən məşhurlar vardır. Onları SİA oxucularına təqdim edirik:

Müğənni Samir Priyev-Sənətçi artıq ailəsi 1 aydır ki, Bodrumda istirahət edir. Hətta ordan mənzil də alıb.

Müğənni Emil Bədəlov-Xanımı və qızı Sadətlə Gəncədə dincəlir.

Müğənni Leyla Ramazanlı-Rayonların birində ailə ilə birgə istirahətdədir.

Müğənni Zamiq Hüseynov-Yay mövsümü başlamadan öncə xarici ölkələrin birində dincələn ifaçı hazırda vətəndədir. O, yenidən istirahətə yollanacaq.

Müğənni Elnar Xəlilov- İfaçı bu yayı istirahət etmədən çalışacaq.

Müğənni Elgün Hüseynov-Qubaya səfər edib, orada dincələcək. Daha sonra 1 həftəlik xarici ölkələrin birində istirahətini davam etdirəcək.

Vizajist Nigar İbrahimova- Həyat yoldaşı Ruslanla dincəlmək üçün İspaniyaya yollanıb.

Stilist Samiraldo-Kanalların birində serialda rol aldığı üçün vətəndə dincəlməli olacaq.

Aktyor Elçin Məmmədli-Yeni serialda oynadığı üçün başı işlərinə qarışıb.

Aktyor Ruslan Sabirli-Dostları ilə Moskvada istirahət eədəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə