Elçin Cəfərov əməliyyat olundu

Müğənni Elçin Cəfərov əməliyyat olunub. SİA-nın verdiyi xəbərə görə, sənətçi bu haqda 106.3 FM-də yayımlanan "Muleyli" şousuna telefonla bağlantısında deyib: "Belimdə kista var idi. Bir dəfə əməliyyat olunmuşdum. Uğursuz alınmışdı. Yenidən cərrahiyə masasına əyləşməli oldum. Hazırda ev şəraitində müalicə olunuram və özümü yaxşı hiss edirəm. Onu da deyim ki, qarşıda çox işlərim var. Tezliklə ayağa qalxıb onları reallaşdırmağı planlaşdırıram".

Bütün xəbərlər Facebook səhifəmizdə