Qalmaqallı açıqlamaları, şou-biznesdə həyata keçirdiyi layihələri ilə susqunluğu pozan müğənni Nadir Qafarzadə sentyabrın 13-də Yaşıl Teatrda verəcəyi konsert öncəsi jurnalistlərlə görüşəcək. Bu haqda SİA-ya danışan Nadir bildirib ki, avqustun 29-u keçirəcəyi mətbuat konfransı digərlərindən seçiləcək. Belə ki, sənətçi mətbuat konfransı zamanı musiqi dəstəsi ilə konsertin məşqini edəcək.
Qeyd edək ki, N.Qafarzadənin konsertinin təşkilatçısı Nahid Emiloğludur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB