10 milyon rublluq kompensasiyanı kim tələb edir?

10 milyon rublluq kompensasiyanı kim tələb edir?

Tanınmış müğənni Stas Mixaylov NTV telekanalına qarşı iddia qaldırıb. SİA-nın RİA "Novosti"-yə istinadən verdiyi xəbərə görə, o, telekanaldan öz şəklinin nümayişinə görə, kompensasiya tələb edir.

Moskva Presnenski məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə, o, öz razılığı olmadan şəklinin nümayişinə görə, 10 milyon rubl dəyərində kompensasiya tələb edir. Məhkəmə onun iddiasını qəbul edib. Məhkəmənin mətbuat katibi Nina Yurkovanın sözlərinə görə, hələ iddiaya baxılma tarixi müəyyən edilməyib və məhz hansı kontekstdə, hansı verilişdə şəkildən istifadə hələ dəqiqləşdirilməyib.

Qeyd edək ki, NTV-yə qarşı analoji iddianı bu yaxınlarda müğənni Vaenqa da qaldırmışdı. O da öz şəklinin icazəsiz göstərilməsinə etiraz edərək telekanaldan 15 milyon rubl tələb edib. Onun tələbinə də Presnenski məhkəməsində baxılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə