Xatirə İslam kimə əsəbləşdi?

Azərbaycanın yenicə nişanlanan tanınmış müğənnisi Xatirə İslam özündən razı olan həmkarlarından danışıb. Xatirə ona irad tutan insanlara ismarıc göndərib. SİA-ya açıqlama verən ifaçı bunları deyib: "Kənardan baxan insanlar deyir ki, Xatirə İslam özündən razıdır. Niyə də özümdən narazı olmalıyam? Uca səsə, gözəl bədən quruluşuna malikəm və yerini bilən xanımam. Bu günədək özümdən razı olmuşam, olacağam da".

Xanım müğənni qəzəbləndiyi məqamlardan da bəhs edib: "Telekanallara nə vaxt baxırsan ki, müğənnilər bir-birləri ilə dalaşırlar. Axı, nə qədər dalaşmaq olar? Gəlin mehriban olaq. Bir-birimizin qədrini bilək və hörmət edək".

Bütün xəbərlər Facebook səhifəmizdə