Həmyerlimiz haqda yayılan biyabırçı xəbərlərdə daha bir şəxsin adı hallanır-FOTO

Həmyerlimiz haqda yayılan biyabırçı xəbərlərdə daha bir şəxsin adı hallanır-FOTO

Bir neçə gün öncə Azərbaycan mətbuatında özünü türkiyəli modelyer kimi təqdim edən həmyerlimiz Ramazzo Roma haqda yayılan biabırçı məlumatda gənc menecer Ceyhun Məhərrəmovun da adı çəkilir.

Baş verən hadisələrdən bixəbər olan Ceyhun redaksiyamıza şikayətlə müraciət etdi. Məsələdə haqsız yerə adının çəkildiyini deyən Ceyhun SİA-ya bu açıqlamanı verdi: "Türkiyədə fəaliyyət göstərən stilist Masya Ersoy məni özünü stilist kimi tanıtdıran Ramazzo Romanın sevgilisi kimi təqdim edərək, şəkillərimi yayımlayıb. Ancaq sözügedən insanla heç bir münasibətim yoxdur. Yalnız rəhbərlik etdiyim saytda həmin stilist haqqında məlumat yerləşdirmişəm. Masya Ersoy öz facebook və twitter səhifəsində şəkillərimi qoyaraq məni təhqir edib. Bu yanlışlığın aradan qalxmasını istəyirəm. Belə də iş olar? Əlaqəm belə olmayan adamla adımın bu cür biabırçı şəkildə hallanmasına göz yuma bilmərəm".

Onu da bildirək ki, şəkillərin aşağısında yazılan məlumatlardan xəbər tutan Ceyhun əsəbilərini cilovlaya bilməyib və adı çəkilən Masyanı təhqir edib. O isə cavab olaraq Ceyhuna hədə-qorxu gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə