Türkiyənin tanınmış müğənnisi, martda silahlı hücuma məruz qalan İbrahim Tatlısəs evlənib. Hələ də müalicəsi davam edən İbrahim Tatlısəs elə reablitasiya mərkəzindəcə müğənni Ayşəgül Yılmazla nigaha girib. Nigahı Şişli bələdiyyəsinin başçısı Mustafa Sarıgül qeydə alıb. Cütlüyün nikah şahidləri iş adamı Yüksel Çağlar və "Qalatasaray"ın baş məşqçisi Fatih Terim olub.Türkiyə mətbuatı nigah mərasimində çəkilmiş şəkilləri artıq yayımlayıb. Nigah mərasimi xəstəxanada olduğundan sakit və təmtəraqsız keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB