Samir Əliyev: “Küçəyə çıxa bilmirəm” - AÇIQLAMA

Samir Əliyev: “Küçəyə çıxa bilmirəm” - AÇIQLAMA

Azərbaycanın ən tanınmış stilisti Samir Əliyev hər zaman odlu-alovlu açıqlamalarla çıxış edir. Bu dəfə də o emosialarını gizlədə bilmədi. SİA-ya açıqlamasında stilist yerli şou-biznesin ona qarşı münasibətindən söz açdı: "Mənim öz dünyam var. Heç kəsə bənzəmirəm. Mən olduğum kimiyəm və tamaşaçının gözündən pərdə asmıram. Küçəyə çıxa bilmirəm. İnsanlar mənə xoş sözlər deyir. Gün ərzində telefonlarım dayanmır. Bunu nə Nura, nə də orada ona dəstək olanlar qazanıb. Mən çox əziyyət çəkmişəm. Heç vaxt özümü hər yerə soxmuram".

Stilist müğənni Röyadan da söz açdı: "Bəziləri iddia edir ki, mən ancaq işlədiyim adamları tərifləyirəm. Axı bu belə deyil. İndi özünüz fikirləşin, qurban olum, axı mən necə Röyanı tərifləməyim? Düzdür, Röya ilə işləmişəm. Amma çox az vaxt. İndi sizə danışacağam. Röya mənə zəng edib iş təklifi etdi. Getdim, onun saçlarını kəsdim. Bəyənildi də. Ondan sonra birdə məni yığdı ki, gəl. Mən də gedə bilmədim. O isə məni qara siyahısına salıb, söydü. Özü də əməlli-başlı söydü. Amma mən onu çox istəyirəm. Eybi yox, ona hər şey halaldı".


Bütün xəbərlər Facebook səhifəmizdə