Devid və Viktoriya Bekhemin gəlini onları zəhərli və narsist adlandırır...

...Nikola və Bruklin vəziyyəti ailələri ilə müzakirə etməyə hazırdırlar. Lakin Devid və Viktoriya gəlinlərinin söhbətdə olmasını istəmirlər.

SİA-nın məlumatına görə, Devid və Viktoriya Bekhemlə onların böyük oğlu Bruklin və həyat yoldaşı Nikola Peltz arasında münaqişə getdikcə genişlənir.

Bundan əvvəl cütlük keçmiş futbol ulduzunun 50 illik yubileyi şərəfinə keçirilən bütün bayram tədbirlərinə məhəl qoymayıb.

İndi, TMZ insayderlərinə görə, Nikolanın Bruklinlə valideynlərinin rəftarını bəyənmədiyi iddia edilir. O, qayınatasını və qayınanasını zəhərli və narsist adlandırıb. Mənbə Devid Bekhemin telefonda 26 yaşlı varisini söydüyünü və "bir saat ona qışqıra" biləcəyini açıqlayıb.

Eyni zamanda, Nikola və Bruklin vəziyyəti yaxınları ilə müzakirə etməyə hazırdırlar, lakin 50 yaşlı Devid və 51 yaşlı Viktoriya gəlinlərinin söhbətdə olmasını istəmirlər.

Mənbə vurğulayıb ki, Nikola həmişə Bruklin maraqlarını müdafiə edir.

Qeyd edək ki, kiçik Bekhem və milyarder Nelson Peltsin qızı bir illik görüşdən sonra 2020-ci ildə evləniblər. İnternet istifadəçiləri arasında gəlinlə qayınana arasında münaqişə ilə bağlı şayiələr yaranıb, lakin Viktoriya və Nikola keçmişdə həmişə onları təkzib ediblər.

Daha əvvəl gəlinin Devid və Viktoriya Bekhemin ailəsində ixtilaf yaratdığı bildirilirdi.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə