Rusiyalı müğənni Alsu "Vkatit" podkastına müsahibə verib. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, sənətçi 2024-cü ilin onu necə dəyişdirdiyi barədə danışıb. 18 illik evliliyindən sonra oliqarx Yan Abramovdan xəyanət üstündə boşanan Alsu buna baxmayaraq, bütün çətin anları geridə qoyduğunu deyib: "Çətin, amma mənim üçün xoşbəxt il oldu. Özümdə heç bilmədiyim bir çox keyfiyyətlər kəşf etdim, onlar haradasa gizlənirdilər”, – Alsu əlavə edib.
Sənətçi etiraf edib ki, ağır dönəmlər yaşadığı zaman psixoterapiyalar ona toparlanmağa kömək edib: "Mən sadəcə deyim ki, psixoloqa "boşanmağa kömək et” xahişi ilə getməmişəm. Ancaq anlaşılmaz bir vəziyyətdə bir az çətin dönəmlərim olmuşdu. Nə edəcəyimi bilmirdim və seansına getdiyim psixoloq mənə özümə hörmət etməyi öyrətdi və sevgi qazanmağa kömək etdi. Bu vəziyyəti daxilimdə hiss edəndə qərarlar və istəklər tamamilə təbii gəlməyə başladı" deyə ulduz qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə