SİA rus saytlarına istinadən xəbər verir ki, “Ulduz fabriki”nin keçmiş üzvü Anton Zatsepin aif.ru ilə söhbətində müğənni Alla Puqaçovanın Rusiyanı həmişəlik tərk etdiyini bildirib.
O, bunu onun prinsipial və dəyişdirilə bilməyən sərt qərarı adlandırıb.
Eyni zamanda, Zatsepin sənətçinin ömrünün sonunda Rusiyaya qayıda biləcəyini istisna etməyib.
Müğənni ifaçının vidasının doğma vətənində baş tutmasını arzulayacağı fikrini bildirib.
Həmçinin, Zatsepin, şou-biznes nümayəndələri arasında Puqaçovanın daha əvvəl Rusiyaya qayıda biləcəyi ilə bağlı şayiələr olduğunu da bildirib.
“Ulduz fabriki”nin keçmiş iştirakçısının sözlərinə görə, rusların onu “bağışlaması” üçün Alla Puqaçovanın heç nə etməyə ehtiyacı yoxdur.
O, Rusiya vətəndaşlarını mərhəmətli insanlar adlandırıb. ...Gəldim, tövbə etdim, hamısı bu!
Bunu da Anton Zatsepin bildirib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə