ABŞ-da terror hücumu törədən sürücü tək hərəkət edib

ABŞ-ın Yeni Orlean şəhərində yük avtomobilini Yeni ilin gəlişini qeyd edən insanların üzərinə sürməkdə şübhəli bilinən şəxs yalnız hərəkət edib. SİA xəbər verir ki, hücumdan sonra polislə atışmada öldürülən şəxsin Texas ştatından olan ordu veteranı olduğu və avtomobilində İŞİD bayrağı olduğu müəyyən edilib. O, hücumdan əvvəl çəkilmiş videolarda terror qruplaşmasına qoşulduğunu bildirib.

Hadisə yanvarın 1-i gecə saatlarında Luiziana ştatının Yeni Orlean şəhərindıə baş verib. Sonradan adının Şamşud Din Cabbar olduğu müəyyənləşən şəxs yük maşınını Yeni ilin gəlişini qeyd edən insanların üzərinə sürüb. Nəticədə 15-dən çox insan həlak olub, 35-ə yaxın insan xəsarət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə