Samir cinsiyyət dəyişdirməsi xəbərindən danışdı

Müğənni Samir Bağırov bu günə qədər haqqında çıxan dedi-qodulara ilk dəfə açqılama verib. SİA xəbər verir ki, o, bu haqda qonağı olduğu "Özəl” verilişində danışıb. Bugünə qədər haqqında bir çox əsilsiz xəbər çıxdığını deyən ekstravaqant müğənni, illər sonra onların bəzilərinə cavab verib: "Ölüm xəbəri və cinsiyyyət dəyişdirməyim ilə bağlı çıxan xəbərlər təbii ki, yalan idi. 35 ildən çoxdur ki, bu sənətdəyəm. Baxır sən bu deyilənləri necə qəbul edirsən? Fikrimcə, bunlar sənətimin doğma bacısıdır, bu normaldır”.

Bütün xəbərlər Facebook səhifəmizdə