Komediya aktyoru Maksim Qalkin xaricdəki konsertlərinin birində Ukrayna dilində danışıb və bununla da dil öyrənməkdə uğurunu tamaşaçılara nümayiş etdirib.
SİA-nın məlumatına görə, sənətçinin ifasında video “Sən daha pis deyə bilməzsən” Telegram kanalında yayımlanıb. Komediyaçı etiraf edib ki, o, Ukrayna dili haqqında biliklərini "yeniləməyi və dərinləşdirməyi" planlaşdırır.
Bunun üçün Qalkin Ukraynadan olan müəllimdən dərs aldığını da bildirib.
Bir daha xatırladaq ki, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra Maksim Qalkin Puqaçova və uşaqlarla birlikdə Rusiyanı tərk edib. 2022-ci ilin fevral ayından etibarən komediya ustası xaricdə konsertlər verib, daha sonra İsrailə köçüb.
...2024-cü ilin yayında Qalkinin İtaliyada baş tutan toyda Rotarunun mahnılarını ukraynaca oxuduğu bildirilir.
RT nəşri bildirib ki, komediyaçının tamaşaya görə qonorarı 100 min avro təşkil edib.
Yeri gəlmişkən, bu rus puluna çevirəndə təxminən 9 milyon 575 min rubl eləyir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə